Cəmiyyət 

Nazir müavini: “Meşə və qeyri-meşə fondu ərazilərində 550 mindən çox ağac əkilib”

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayon icra hakimiyyətlərinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində ağacəkmə aksiyalarını davam etdirir.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, bu günədək aksiya çərçivəsində respublika ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 60 mindən çox müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac əkilib:

“Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz ağacəkmə mövsümündə Nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri-meşə fondu ərazilərində ümumilikdə 550 000-dən çox iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib. Ağacəkmə aksiyaları davam edir”.

Daha çox xəbərlər