Bakıda dörd kişinin meyiti tapıldı – İkisi qardaşdır – YENİLƏNİB
16:28
Ötən günlər ərzində Bakıda dörd nəfərin meyiti tapılıb.
ARANTV.AZ bildirir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Məlumata görə, 07:20 radələrində Nəsimi rayonu 3-cü Alatava, ev 250 ünvanında yerləşən evin qarşısında Məmməd Əmin Rəsulzadə qəsəbə sakini, əvvəllər qarət və qanunsuz narkotik vasitə saxlamağa görə məhkumluğu olan 47 yaşlı Dadaşov Pərviz Nuru oğlunun meyiti tapılıb.
Tapılmış meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Ölüm səbəbi araşdırılır.
İki qardaş – 44 yaşlı Yuri və 40 yaşlı Aleksandr Məhərrəmovun meyiti isə aprelin 11-də, 20:30 radələrində Xətai rayonunun Babək prospektində yerləşən 90 saylı yaşayış binasının mənzillərindən birində tapılıb.
Qardaşların artıq dozada narkotik vasitə qəbulundan baş verən zəhərlənmədən öldüyü ehtimal edilir. Hazırda məhkəmə-tibbi ekspertləri qardaşların ölüm səbəbini araşdırır.
Binəqədi rayonunda isə cümə axşamı 51 yaşlı Zeynalov Natiq Zeynal oğlunun meyiti aşkarlanıb, onun üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Onun səfil həyat tərzi sürdüyü, daimi yaşayış ünvanının olmadığı öyrənilib.
———-
11:02
Bakıda iki qardaşın meyiti tapılıb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşları aprelin 11-i saat 22 radələrində Babək prospekti 90 ünvanında yaşayan 1975-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Məhəmmədoviçin və onun qardaşı, 1979-cu il təvəllüdlü Məhərrəmov Yuriy Məhəmmədoviçin meyitini aşkar ediblər.
Xətai Rayon Prokurorluğu tərəfindən meyitlərə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib.
İlkin araşdırma zamanı, qardaşların narkotik maddələrin aludəçisi olması müəyyən edilib.

