Azərbaycanlı gəlini öldürüb meyitini anasının evinə göndərdilər – FOTOLAR
Rusiyada azərbaycanlı gəlini öldürüb, meyitini valideynlərinin evinə göndəriblər.
Bunu Xəzər televizyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişinə çıxan Rusiyada öldürülən İlahənin anası deyib.
Ana bildirib ki, qızı ailə qurduqdan sonra Xabarovsk şəhərində yaşayıb:
“Ailəsində problem var idi. Qaynı evindən qızımın qızıllarını oğurlamışdı. Qızım bu məsələni açdığına görə onu öldürdülər. Qızım mənə demişdi ki, ərim başımı divara çırpıb. Özümdə deyiləm. Burnumdan qan açılıb. Ölürəm mən. Oğluna zəng edib. Amma oğlu deyib ki, səni həkimə aparacağam, amma atamın səni döydüyünü söyləmə, de ki yıxılmışam. Həmin gün də qızım öldü. Kürəkənim və onun bacı-qardaşı orada narkotik satışı ilə məşğuldur”.
big.az



