İslamiada: Azərbaycanın kişi cüdo millisi finala çıxıb – YENİLƏNİB
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın cüdo kişi milli komandası finala çıxıb.
“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, kişi cüdo millisi əvvəl Bəhreyni, daha sonra yarımfinalda Tacikistanı 3:1 hesabı ilə məğlub edərək finala çıxıb.
Kişi millisi finalda meydan sahibi Türkiyə ilə qarşılaşacaq.
Qadın millisi isə Türkmənistanı 3:0 məğlub etsə də, 1/4 finalda Əlcəzairə 2:3 hesabı ilə uduzub. Azərbaycan millisi bürünc medal üçün təsəlliverici görüşdə isə Seneqala 3:1 qalib gəlib.
Qeyd edək ki, fərdi yarışlarda Azərbaycan cüdoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
12:26
Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma yarımfinalda Özbəkistana 45:32 hesabı ilə qalib gəlib.
Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv həlledici görüşdə İran seçməsi ilə üz-üzə gələcək.
11:04
Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
Azərbaycan Qılıncoynatma Federasiyasından “Report”a verilən məlumata görə, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət seçmə kollektiv kişi şpaqaçıların komanda yarışında 1/4 finalda Birləşmiş Ərəb Əmirlikləri yığmasına 45:33 hesabı ilə qalib gəlib.
Milli yarımfinalda Özbəkistan yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
10:18
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 13-cü günə start verilib.
“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan idmançıları bu gün səkkiz idman növündə qüvvələrini sınayacaqlar.
Bu gün Azərbaycan karateçiləri də mübarizəyə qoşulacaqlar.
Kamandan oxatma
09:00 – Komanda və qarışıq komanda yarışları
Qılıncoynatma
10:00 – Kişilər, şpaqa komanda yarışları
Karate
10:00 – Roman Heydərov (kata), Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), İnci Əzizova (50 kq), Mədinə Sadıqova (55 kq)
Cüdo
11:00 – Kişi və qadınlardan ibarət qarışıq komanda yarışları
Üzgüçülük
11:00 – Məryəm Şeyxəlizadəxangah (50 metr sərbəst üsulla üzmə, təsnifat; 100 metr batterflay üsulu ilə üzmə, final), Selcan Əbdürəhmanlı, Fatimə Alkərəmova (hər ikisi 400 metr sərbəst üsulla üzmə), qarışıq estafet (4×100 metr, qadınlar, final), qarışıq estafet (4×100 metr, kişilər, yarımfinal), Əbdürəhman Rüstəmov (50 metr batterflay üsulu ilə üzmə)
Kikboksinq
11:00 – Yarımfinallar. Ramal Aslanov (loukik, 75 kq), Anar Məmmədov (loukik, 57 kq), Bəybala Quliyev (loukik, 86 kq), Amil Məmmədov (full-kontakt, 51 kq), Camal Məmmədov (full-kontakt, 54 kq), Ramiz Məmmədov (full-kontakt, 60 kq), Fərid Ağamoğlanov (full-kontakt, 63,5 kq), Saqi Salehli (full-kontakt, 75 kq), Elvin Ağayev (full-kontakt, 86 kq), Surət Qarayev (full-kontakt, 91 kq), Fəridə Abdullayeva (52 kq), Tülün Ələkbərova (60 kq), Esmira Məmmədova (65 kq); Finallar. Rəhim Əliyev (loukik, 71 kq), Bəhram Rəcəbzadə (loukik, +91 kq)
İdman gimnastikası
11:30 – Qadınlar, çoxnövçülük, komanda yarışları
3×3 basketbolu
17:45 – Azərbaycan – İordaniya (kişilər, 1/4 final)
18:45 – Azərbaycan – Özbəkistan (qadınlar, 1/2 final)

