Azərbaycan XİN Pakistana başsağlığı verdi – FOTO
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Respublikasına baş vermiş daşqınla bağlı təəssüf hissini bildirib.
Bu barədə nazirliyin “Twiiter” hesabında bildirilib.
“Qardaş Pakistanda daşqın xəbərlərini dərin hüznlə qarşılayırıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün xəsarət alanlara tezliklə sağalmalarını diləyirik. Qardaş Pakistan İslam Respublikasının xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk”, – deyə nazirliyin paylaşımında qeyd edilib.
Deeply saddened by news on flood disaster in brotherly #Pakistan. Our heartfelt condolences to families of those lost their lives & wish speedy recovery to all injured. We express our solidarity w/People & Government of brotherly Islamic Republic of Pakistan 🇵🇰.@ForeignOfficePk
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 26, 2022
Son məlumata görə, Pakistanda leysan yağışlar 900-dən çox insanın həyatına son qoyub. Ölənlər arasında 300-dən çox uşaq, 200-dən çox qadın var.
Təbii fəlakət zamanı 1 343 nəfər xəsarət alıb. Yerli mətbuatın məlumatına görə, təbii fəlakətdən ümumilikdə 33 milyona yaxın insan zərər çəkib, bir milyondan çox insan isə həlak olub, 39 mindən çox ev tamamilə dağılıb. Daşqınlardan ümumilikdə 670 minə yaxın ev ziyan görüb.
Hökumətin yardım və reabilitasiya səyləri üçün yüz milyardlarla rupiyə ehtiyacı var. İyun-sentyabr aylarında Cənubi Asiyada mövcud olan musson yağışlar hər il təbii fəlakətlərə çevrilir.