Azərbaycanla Hindistan arasında ticarət dövriyyəs 1,184 mlrd. dollara çatıb
2022-ci ilin yanvar-iyul aylarında Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi ötən ilə nisbətən 169,1% artıb.
ARANTV.AZ xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar deyib.
Onun sözlərinə görə, 2022-ci ilin yanvar-iyul aylarında Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi ötən ilə nisbətən 169,1% artaraq 1,184 milyard ABŞ dolları təşkil edib. “Bundan başqa, Hindistan və Azərbaycan arasında Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur. Bu proqram Azərbaycanın təcrübəli mütəxəssislərin və tələbələrin potensiallarınının artırılması üçün Hindistan dövlət qurumlarında bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edir”, o əlavə edib.

