Cəmiyyət 

Mətbuat Şurasının qurultayı sentyabrın 24-ü keçiriləcək

Mətbuat Şurasının (MŞ) növbəti qurultayının keçiriləcəyi tarix bəlli olub.

ARANTV.AZ  xəbər verir ki,  qurultay sentyabrın 24-ü keçiriləcək.

Bu barədə qərar MŞ İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. Sentyabrın 24-də baş tutacaq qurultayda Mətbuat Şurasının yeni sədrinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki,  Azərbaycan Mətbuat Şurasının sonuncu – VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in hazırkı sədri Əflatun Amaşovun yeni seçkilərdə namizəd olmayacağı bildirilir.

Daha çox xəbərlər