Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatında tələbələrlə görüş keçirmişdir+fotolar

Avqustun 9-da YAP Bərdə rayon təşkilatı, Qarabağ Regional Təhsil İdarəsinin Bərdə sektoru birlikdə 2022-cü ildə 600-dən yuxarı bal toplayaraq respublikamızın ali məktəblərinə qəbul olunmuş bərdəli tələbələrlə görüş keçirmişdir.
Tədbirdən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər güllər düzülmüş, əziz xatirəsi ehtiramla anılmışdır.
Tədbirdə Bərdə təhsil sektorunun müdiri Qurban Məmmədov məruzə edərək ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın bütün regionlarında olduğu kimi Bərdə rayonunda da təhsilin inkişafı istiqamətində görülmüş işlərdən, təhsil sahəsində əldə olunan uğurlardan danışmışdır. Bildirmişdir ki, 2021-2022-ci tədris ilində Bərdə rayonun məktəbləri üzrə 1255 nəfər məzun olmuş, onlardan 541 nəfəri ali məktəblərə daxil olub. 19 məzin 600-dən yuxarı, 64 məzun 500-dən yuxarı bal toplamışlar.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək gəncləri tələbə adı qazanmaqları münasibətilə təbrik etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi alrında ölkəmizdə həyata keçirilən dövlət təhsil siyasətindən, təhsilin maddi texniki bazasının möhkəmləndirilməsindən, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısından danışmışdır.
Görüşdə qəbul imtahanlarında yüksək bal toplamış tələbələr adından Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin məzunu, Azərbaycan Tibb Universitetinin tələbəsi Nigar Bayramlı, Türkmən kənd tam orta məktəbin məzunu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Orxan Qarayev, valideynlər adından 8 saylı tam orta məktəbin məzunu, Bakı Dövlət Universitetinin tələbəsi Gülşən Kamillinin valideyni Pərvanə Məmmədova çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, əməkdaş Fidan Nəsirli, şəhər 2 saylı tam orta məktəbin direktoru, Respublikanın Əməkdar müəllimi Zülfüqar Əsədov, Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin məsul işçisi Şamxal Yaqubov, Gənclərin İnkişafı və Karyera Mərkəzinin əməkdaşı Orxan Fəxrəddinov, YAP Bərdə Dövlət İdarəetmə və Texnologiya kolleci ƏPT sədri Raqub Yunisov gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik etmişlər.
Sonda yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə YAP Bərdə rayon təşkilatının Fəxri fərmanları, Ulu öndər Heydər Əliyevin imzası olan döş nişanları və Qarabağ Regional Təhsil İdarəsinin qiymətli hədiyyələri təqdim olunmuşdur.
Tədbir şəhər 7 saylı və Xanqaraqoyunlu kənd tam orta məktəblərin şagirdlərinin yenicə tələbə adı qazanmış gəncləri təbrik üçün hazırladıqları kompozisiya ilə başa çatmışdır.

Daha çox xəbərlər