Şəhid Elnur Məhərrəmovun qan donduran HƏYAT HEKAYƏSİ – FOTO-VİDEO
Azərbaycan xalqını matəmə burüyən son 71 şəhidimizdən biri 2001-ci il təvəllülü Elnur Məhərrəmov Nərbala oğlunun gənc görünüşü ürəklər dağladığı kimi, həyat hekayəsi də eşidənləri göz yaşına qərq edir.
ARANTV.AZ dünən Göyçay rayon Şəkər kənd qəbiristanlığında dəfn olunan 21 yaşlı Elnur barədə “Twitlandiya” “İnstagram” səhifəsinə istinadən oxuculara məlumat vermək istəyir.
Ailədə dörd uşaq olan Elnurgil çox kasıb, demək olar ki, aclıq, yoxsulluq içində yaşayırlar. Yaşadıqları yerə “ev” demək çətindir. Çarpayı,stol-stul yoxdur deyə, döşəmənin üzərində yatırlar, yerdə otururlar. Pəncərənin şüşüələri, evin əşyaları ümumiyyətlə yoxdur. Borcları olduğu üçün evin işıq və qazını kəsiblər. Hətta bir neçə ay öncə atanın ayağına mismar batıb. lakin yarasını göstərmək üçün həkimə getməyə pulu olmayıb. Bunu eşidən əsgər Elnur kimdənsə borc alıb, atasına göndərib ki, ayağını müalicə etdirsin.

Elnur Azərbaycan Universitetində oxuyurdu, təhsil haqqını ödəyə bilmədiyi üçün məktəbi yarıda qoyub və hərbi xidmətə yollanıb.
Allah şəhidimizin ruhunu şad etsin!

Onun dəfn mərasimindən görüntüləri təqdim edirik:

