“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyindən növbəti uğurlu layihə FOTOLAR
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Təhlükəsiz səyahət “ ölkəyə daxil olan və xaricə səfər edən şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması” layihəsinin icra planı həyata keçirilib
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhlükəsiz səyahət “ ölkəyə daxil olan və xaricə səfər edən şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması” layihəsinin icra planına uyğun olaraq 16 sentyabr 2022-ci il tarixində Bakı şəhəi, Binəqədi rayonu, “Motodrom” yaşayış Massivində yerləşən Qadın Sığınma Mərkəzində müxtəlif yaş qrupuna aid 30 nəfər şəxsə insan alveri ilə mübarizəyə dair maarifləndirmə təlimi keçib.
İctimai Birlikdən saytımıza daxil olan məlumata görə, təlimi tanınmış ekspert Mehriban Zeynalova aparıb. O, təlimçilərə xaricə getmək istəyən və ölkəmizə gələn şəxslərin insan alveri qurbanına çevrilməmələri üçün nəyi bilmələri, hansısa problemlə rastlaşdıqda hansı qurumlara müraciət etmələri, hansı sənədləri mütləq şəkildə özündə saxlamalı olduqları, xarici ölkələrə ailə qurmaq, təhsil almaq adı ilə gedən şəxslərin hansı zəruri tədbirlər görmələri ilə bağlı geniş məlumat verib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və layihənin növbəti mərhələsində maarifləndirmə turuna cəlb olunacaq 20 nəfər könüllülüər seçilib.


