Hadisə 

Azərbaycanda bir ailənin 3 üzvü qəzaya düşdü – azyaşlı öldü

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Opel” markalı avtomobil idaretmədən çıxaraq yolun kənarındakı su kanılına aşıb.

Qəza nəticəsində sürcü və onun arvadı xəsarət alıb, 4 yaşlı uçağı isə ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” maşınları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.

Faktla bağlı araşdırmalara başlanıb.Sonxeber.az

Daha çox xəbərlər