Vətən uğrunda
Ermənistan–Azərbaycan münaqişəsi adı ilə tarixdə qalacaq hadisələr haqqında danışarkən, ilk növbədə ermənilərin Azərbaycanda məskunlaşdırılması məsələsinə nəzər salmaq lazımdır.
Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Əsası XIX əsrin əvvəllərində qoyulmuşdur. Buna səbəb Rusiya İmperiyası tərəfindən Azərbaycan torpaqlarının işğal etməsi və işğal olunmuş torpaqlarımıza erməni millətlərinin köçürülməsi olmuşdur. 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlılar kütləvi terror və qanlı soyqırıma məruz qalmışdır. Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına xidmət etmişdir. Kütləvi deportasiyaların və soyqırımların məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman-türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi.
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü etnik təmizləmə siyasəti şəkildə həyata keçirilmişdir. Bunun nəticəsində xalqımız min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından didərgin salınmış, kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini hədəf kimi seçmişdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə kütləvi qırğınını törətmişdir.
Son otuz il ərzində Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal alktında saxlamışdı. Artıq tarixin arxivinə göndərilmiş. ATƏT-in Minsk qrupu isə 30 il ərzində status-vonu qorumaqla məşğul olmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qalməşdı. Ermənistanın 2020-ci il sentyabrın 27-də səhər saatlarında tərətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusu əkch-hücum əməliyyatına başladı. Noyabrın 10-da darmadağın olan Ermənistan kapitulyasiya aktının imzaladı.
Azərbaycan Ordusu öz xilaskar missiyasını, Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Torpaqlarımız uğrunda canını qanını fəda etmiş qəhrəman oğullarımızı, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.
Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində də erməni faşizminin əməllərinə diqqət çəkərək bu məqamı vurğulamışdı: “Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı. Mən əminəm ki, dünya müsəlmanları buna adekvat reaksiya verəcəklər. Mən bir çox müsəlman ölkələrindən bu məsələ ilə bağlı məktublar alıram. Biz işğal dövründəki erməni vəhşiliyi ilə bağlı, erməni faşizmi ilə bağlı əməli işlər aparırıq, bütün dünyanı məlumatlandırırıq və məlumatlandıracağıq”.
Xatırladım ki, erməni vandalları tərəfindən Azərbaycana aid 500 tarixi-memarlıq abidələri, 100-dən çox arxeoloji abidə, minlərlə əsərin qorunduğu 22 muzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən məhv edilib.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Vətən uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsini dərin hüzünlə anır, qazilərimizə uzun ömür arzu edirik.

Münəvvər Mikayılova,
Bakı şəhəri, 17 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini

