Hadisə 

Paytaxtda yol polisini maşın vurdu

Bu gün Neftçilər prospektində yol hərəkətini tənzimləyən polisi maşın vurub.

ARANTV.AZ-ın məlumatına görə, Ramin Ağamalıyev ərazidə xidmət apararkən hərəkətdə olan maşın onu vurub. Xəsarət alan polis xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz ƏsgərliOxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı araşdırma aparılır:

“Baş verən hadisə zamanı yaralanan polis əməkdaşı hospitala yerləşdirilib”.

Daha çox xəbərlər