Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir
Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş tərkibli nümayəndə heyətilə Bolqarıstanda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində bir sıra görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmış və rəsmi sənədlər imzalanmışdır. Bolqarıstan və Azərbaycan arasında iqisadi-ticari əlaqələrin xüsusi çəkisi diqqəti çəkən məqamlardandır. Sentyabrın 30-da geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış etmişlər. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilkin olaraq cənab Prezident İlham Əliyevi Bolqarıstanda rəsmi səfərdə olduğu üçün məmnunluğunu, təşəkkürünü ifadə etmiş və bu rəsmi səfərin hər iki dövlət üçün nəzərdə tutulan sahələr üzrə qarşıda duran hədəflərə müsbət töhfə verəcəyini, hər iki dövlət arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd edilməsini, imzalanmış strateji tərəfdaşlığın layiqincə davam etdirildiyinə xidmət etdiyini vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı Bolqarıstanın və Azərbaycanın iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqələrinin olduğu, ilkin olaraq 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın davamlılığının təmin olunmasının yüksək səviyyədə aparılmasını və təsbit edilmiş bütün məsələlərin real olaraq yüksək səviyyədə əksini tapdığını vurğulanmışdır. Cənab Prezident İlham Əliyev Bolqarıstan və Azərbaycan arasındakı siyasi əlaqələrin mövcudluğunun davamlı olaraq inkişaf etdirilməsi məqsədi ilə Nazirlər səviyyəsində çoxsaylı görüşlərin keçrilməsini, enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atılmasının vacibliyini, enerji təhlükəsizliyi məsələlərinin bütün dövrlərdə xüsusi əhəmiyyət kəsb etdiyini və bu sahədə işlərin davamlı olaraq daha da artırılmasının vacibliyini vurğulamışdır. Cənab Prezident İlham Əliyev Azərbaycanın bir sıra dövlətlərlə olduğu kimi Bolqarıstanla da iqtisadi-ticari və s. kimi mühüm sahələrdə tərəfdaşlığın mövcud olduğunu, Azərbaycan qazının artıq Bolqarıstanda olmasını və gələcəkdə ixrac ediləcək qaz həcminin artırılmasının planlaşdırıldığını qeyd etmişdir. Bildiyimiz kimi Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzalamış və memorandumdan irəli gələn mühüm məsələ kimi növbəti bir neçə il ərzində Azərbaycanın Avropaya qaz ixracatının ən azı 2 dəfə artırılması nəzərdə tutulmuşdur. Azərbaycanın təbii sərvətlərində xüsusi çəkisi olan qaz ehtiyatları 2.6 trilyon kubmetr təsdiqlənmişdir və bu da bir çox ölkələrin qazla təmin edilməsinə böyük imkanlar yaratmışdır. Əlbəttə bu əlaqələrin əsas məqsədi ölkəmizin iqtisadiyyatına töhfə vermək və maliyyə imkanlarımızı artırmaqdır. Artıq bu sahədə bir sıra uğurlar əldə edilmiş və uğurların davamı kimi gələcək planların olmasının vacibliyi də əsas şərtlərdəndir. Bolqarıstanla Azərbaycan arasında elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunması sahəsində yeni imkanların olduğundan söz açılmış və SOCAR-ın Bolqarıstandakı ofisinin açılmasının vaxtı çatdığı vurğulanmışdır. Azərbaycanın yerləşdiyi geosiyasi vəziyyəti nəzərə alaraq xüsusilə nəqliyyat təhlükəsizliyinin təmin olunmasının, yeni nəqliyyat infrastrukturunun yaradılmasının, xüsusilə-dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, bütün bu infrastruktur obyektlərinin bir məqsədi Azərbaycan üzərindən tranzit yüklərin həcminin artırılmasıdır. Bu da təbii ölkəyə valyuta axını deməkdir. Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artırılmış və gələcəkdə bu rəqəmin daha da böyük olacağı Bolqarıstan və Azərbaycan arasında uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq imkanlarını yaradır. Azərbaycan gənc bir dövlət olaraq özünün yerləşdiyi coğrafi bir məkanda qonşu dövlətlərlə, xüsusilə dünya dövlətləri ilə də əməkdaşlığa maraqlıdır və bu maraqların qorunub saxlanılmasında öz üzərinə düşən vəzifələri layiqincə icra edir. Hamıya məlum olduğu kimi Azərbaycan 2-ci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı tikinti, quruculuq işlərini davam etdirir və bu işlərə Bolqarıstan şirkətlərinin də cəlb edilməsində maraqlıdır. İnanıram ki, cənab Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət hər iki dövlət arasında əməkdaşlığın, xalqlarımız arasında mehribançılığın, sülhün və digər münasibətlərimizin dərinləşməsinə öz müsbət töhfəsini verəcəkdir.
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ədalət Əhmədov

