Hadisə 

Bakıda yanğın olub, azyaşlılar tüstüdən zəhərləndi

Bakıda azyaşlıların xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Ümumi sahəsi 12 m² olan 1 otaqlı evdə 3 p.m elektrik kabeli və 0,5 m² sahədə əşyalar yanıb. Yanğın zamanı 2 azyaşlı tüstüdən zəhərlib. Azyaşlılar yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.publika.az

Daha çox xəbərlər