Şəhid Qarayev Eltun Elman oğlunun xatirəsinə tikilmiş bulağın açılışı olmuşdur
Bu gün Bərdə rayonunun Qazıqurdalı kəndindən olan şəhid Qarayev Eltun Elman oğlunun xatirəsinə tikilmiş bulağın açılış tədbiri keçirilmişdir. Tədbirdə Bərdə RİH-nin Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər iştirak etmişlər.
Qeyd edək ki, əsgər Eltun Qarayev 2020-ci il 7 mart tarixində Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı şəhid olmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət etsin!







