Prezidenti Ələkbər Tağıyevin məşhur musiqisi ilə qarşıladılar – VİDEO
Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Prezident İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə gedib.
ARANTV.AZ xəbər verir ki, ölkə başçısının Ala-Arça dövlət iqamətgahında Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidentinin qarşılanma mərasimi zamanı Azərbaycanın tanınmış bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısı səsləndirilib.

