Hadisə 

Bakının ən böyük prospektində zəncirvari qəza – VİDEO

Bakının ən böyük prospektlərindən birində zəncirvari yol qəzası baş verib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə hadisə şahidləri bakuws-ə məlumat veriblər. Verilən məlumata görə, qəza Heydər Əliyev prospektində, keçmiş “Şəfa” stadionu, indiki ASK Arenanın yaxınlığında qeydə alınıb.

Bildirilir ki, qəza zamanı 3 minik avtomobili toqquşub. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər