Siyasət 

Spiker Ərdoğanın Zəngilan aerportunun açılışında iştirakını şərh etdi

“Zəngilan Beynəlxalq Hava Limanının açılışında Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin nümunəsidir”.

ARANTV.AZ-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

“Prezidentlərin görüşündə Prezident İlham Əliyev mesaj verdi ki, biz həmin torpaqlara qayıdacağıq və yaşayacağıq”, – deyə spiker əlavə edib.

O bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə yenidənqurma-bərpa işləri sürətlə davam edir.

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Cəbrayıl, Qubadlı və Zəngilanda oldular. Bunlar görülən işlərin göstəricisidir”.

Qeyd edək ki, oktyabrın 20-də Azərbaycan və Türkiyə prezidentləri Zəngilan Beynəlxalq Hava Limanının açılışını ediblər.

Daha çox xəbərlər