Özbəkistanda hərbi anbarda baş vermiş partlayışda yaralananların sayı AÇIQLANDI – YENİLƏNİB + VİDEO
Özbəkistanın Sırdərya vilayətində Müdafiə Nazirliyinin anbarında baş vermiş partlayış nəticəsində 16 nəfər xəsarət alıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib.
“Zərərçəkənlər arasında ağır yaralı və vəziyyəti ağır olan xəstələr yoxdur”, – deyə Səhiyyə Nazirliyindən bildiriblər.
Qeyd edək ki, oktyabrın 22-də səhər saatlarında Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış baş verib. Hadisə araşdırılır.
Mənbə: RT
10:12
Özbəkistanın Sırdərya vilayətində Müdafiə Nazirliyinin anbarında partlayış baş verib.
Bu barədə nazirliyin “Telegram” kanalında bildirilib.
İlkin məlumatlara görə, xəsarət alan olmayıb.
Partlayışın səbəbi açıqlanmayıb.
Partlayış nəticəsində yaranan şok dalğası bir çox qonşu ev və mağazalarda şüşələri sındırıb, bəzi tikililər dağılıb.
Mənbə: RBC

