Bakıda avtomobil aşdı – VİDEO
Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində qeydə alınan qəza zamanı “KİA” markalı avtomobil aşıb.
Hadisəyə sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir.
Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.
oxu.az

