Dünya 

Avtobus yük maşınına çırpıldı: sürücü öldü – İranda

İranın cənubunda Kirman vilayətində avtobus yük maşını ilə toqquşub.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kirman vilayəti təcili yardım mərkəzinin rəhbəri Məhəmməd Sabiri deyib.

M.Sabirinin sözlərinə görə, hadisə nəticəsində sürücü həlak olub, 11 nəfər yaralanıb.

Yaralılar arasında 4 Pakistan vətəndaşı olub.

Avtobus İranın Sistan və Bəluçestan vilayətinin Çabəhar şəhərindən Tehran istiqamətində hərəkət edirmiş.

Daha çox xəbərlər