Gədəbəydə 83 yaşlı kişini avtomobil vuraraq öldürüb
Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Xarxar kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1939-cu il təvəllüdlü Vaqif Qasımovu vurub.
83 yaşlı piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

