Türkiyədə DƏHŞƏTLİ QƏZA – Dördü uşaq olmaqla 7 ölü
İzmirin Buca qəsəbəsinə məxsus Kaynaklar Məhəllesi adlanan ərazidə dəhştli qəza baş verib.
ARANTV.AZ Hürriyet-ə istinadən xəbər verir ki, qarşı yola çıxan bir maşın qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə, 4-ü uşaq olmaqla yeddi nəfər hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə xilasedicilər və təcili yardım maşınları gəlməkdədir.

