Hadisə 

Bakıda 21 yaşlı tələbə qız FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – FOTO

Bakının Nizami rayonunda baş vermiş ağır yol qəzasında vəfat edən gənc qızın universitet tələbəsi olması məlum olub.

ARANTV.AZ xəbər verir ki, Nizami rayonunda – Rüstəm Rüstəmov küçəsində “Daevoo” markalı, 01 BP 358 dövlət qeydiyyat nişanlı avtomobilin vurub öldürdüyü 1998-ci il təvəllüdlü Leyla Quliyeva Xəzər Universitetinin 3-cü kurs tələbəsi olub. O, universitetdən çıxıb yolu keçərkən minik avtomobilinin zərbəsinə tuş gəlib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.publika.az

Daha çox xəbərlər