8 nəfərin öldüyü hadisə ilə bağlı DƏHŞƏTLİ FAKT
Bu gün Göygöl rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
ARANTV.AZ-ın məlumatına görə, rayonun Yeni Qızılca kəndi ərazisində, Gəncə-Daşkəsən yolunda baş vermiş ağır qəzada vəfat edən 8 nəfər Daşkəsən rayon sakinləridir. Belə ki, “Vaz 2106” markalı minik avtomobili Daşkəsənə doğru hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən digər maşını ötməyə çalışıb. Bu zaman sürücü qarşıdan “VAZ 2107” markalı digər avtomobilin gəldiyini görüb. Qəzadan yayınmaq istəyən sürücülərin ikisi də avtomobili yolun soluna doğru çəkiblər və qarşı-qarşıya toqquşublar.
Hadisə şahidləri bildiriblər ki, avtomobillər saatda 100-120 kilometrlə hərəkət edirmiş.
Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib.
Hazırda ölən şəxslərin kimlikləri dəqiqləşdirilir.publika.az

