Bakıda qısqanc ər arvadını bıçaqlayaraq öldürdü
Həyat yoldaşını qətlə yetirən şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə şikayət edib.
ARANTV.AZ “Ölkə.Az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunan Famil Qadir oğlu Əhmədovun növbəti məhkəmə prosesi bu gün hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, hadisə 2016-cı ilin aprel ayında baş verib. Famil Əhmədov münaqişə zəminində həyat yoldaşı Ülviyyə Əhmədovaya çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib. Həbs edilən şəxs cinayəti qisqanclıq zəminində törətdiyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əhmədov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

