Qadın iranlı əri ilə bağlı polisə şikayət etdi
Bakıda qadın yoxa çıxan ərinin axtarışına başlayıb.
1990-cı il təvəllüdlü Aytən Şamil qızı Qurbanzadə Binəqədi rayon Polis idarəsi 6-cı il polis bölməsinə müraciət edib.
O, bildirib ki, həyat yoldaşı, İran vətəndaşı, 1981-ci ildə Təbrizdə anadan olan Qurban Gülmirzə oğlu Qurbanzadə birgə yaşadıqları Biləcəri qəsəbəsi I may küçəsindəki mənzildən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsində araşdırma aparılır. (baku.ws)

