Hava 

Umayra Tağıyeva: “Dekabrın 7-nə kimi hava soyuq olacaq”

“Bu il dekabr ayının əvvəli daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq”.

Bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib: “Əsasən şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir. Ayın 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın – 3-6 dərəcə isti olacaq. Dekabrda şaxta gözlənilmir. Ona görə də Abşeronda yağıntılar yağış şəklində olacaq. Lakin qar görmək istəyənlər ölkənin digər ərazilərinə səfər edə bilərlər”. (APA)

Daha çox xəbərlər