Dünya 

Türkiyə parlamentində deputatlar yumruq davasına çıxdılar – VİDEO

Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələrinin növbəti günündə dünən yaşanan gərginlik bu gün də davam edib.

İYİ Partiyadan olan deputat Ümit Beyaz kürsüdə çıxış edərkən Ədalət və İnkişaf Partiyası ilə İYİ Partiya deputatları arasında mübahisə düşüb.

Müzakirələrdən sonra iclasa rəhbərlik edən Məclis sədrinin müavini Heydər Akar toplantıya 10 dəqiqəlik fasilə verib.

Bununla bağlı gərginlik artıb. İYİ Partiya ilə Ədalət və İnkişaf Partiyası deputatları yumruq davasına çıxıblar.

Ədalət və İnkişaf Partiyasının Bursadan olan deputatı Zəfər İşığın yumruqla vurduğu İYİ Partiya Trabzon millət vəkili Hüseyn Örsün başı yarılıb.

Digər millət vəkillərinin müdaxiləsi ilə gərginliyin daha da böyüməsinin qarşısı alınıb.

Gərginlikdən sonra Hüseyn Örs xəstəxanaya aparılıb.

Ədalət və İnkişaf Partiyası ilə CHP millət vəkilləri arasında da qarşıdurma yaşanıb. Davanın qarşısı digər deputatların müdaxiləsi ilə alınıb.

Mənbə: NTV

Daha çox xəbərlər