“Qardaş yumruğu” təlimi davam edir – VİDEO
Hərbi sahədə şəxsi heyətin yeni bilik və bacarıqlara ehtiyacları daimi olduğundan bu təlabatın ödənilməsi davamlı xarakter daşıyır.
Son günlərin ən çox müzakirə olunan mövzusu “Qardaş yumruğu” adı altında keçirilən Azərbaycan-Türkiyə birgə taktiki təlimləridir.
Bu gün müdafiə naziri Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın iştirakı ilə təlimlərin “yüksək səviyyəli müşahidəçi günü” olub.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: