Bakıda dəniz sahilində meyiti tapılan qız kimdir? – ADI MƏLUM OLDU
Bir neçə gün əvvəl Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsində – dəniz sahilində meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşdirilib.
ARANTV.AZ xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, aparılan araşdırmalar zamanı dalğaların çimərlik ərazisində sahilə çıxardığı meyitin Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Əliyeva Arzu Məmmədrafil qızına məxsus olması dəqiqləşib. Onun intihar etdiyi ehtimal edilir.
A.Əliyevanın haradan, hansı səbəbdən özünü dənizə atması hələlik dəqiqləşməyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırmalar aparılır.

