Kriminal 

Bakıda oğlan ondan ayrılmaq istəyən sevgilisini öldürdü

Bakı Apelyasiya Məhkəməsində qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
ARANTV.AZ  “Ölkə.Az”a istinadən xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Z.Mərdanovun apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Zəfər Mərdanov ötən il avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində, aralarında əvvəllər sevgi münasibətləri olmuş qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.
Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.
Məlumata görə, cinayətin səbəbi Səkinə Hümbətovanın Zəfər Mərdanovdan ayrılmaq istəməsi olub. Uzun müddət sevgi münasibətləri olsa da Səkinə ondan ayrılmaq istəyib. Mərdanov isə ona xəyanət etdiyini düşünərək mərhumu qətlə yetirib. Mərhum Hümbətova daha əvvəl ailəli olub və azyaşlı övladı qalıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Zəfər Mərdanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Daha çox xəbərlər