Şuşada işləyən Türkiyə vətəndaşları da aksiyaya qoşuldu: Volkov gəlib cavab verəcək… – VİDEO
Şuşada işləyən Türkiyə vətəndaşları da Laçın dəhlizində keçirilən aksiyaya qoşulublar.
ARANTV.AZ xəbər verir ki, Türkiyə vətəndaşları Azərbaycana sonadək dəstək olacaqlarını bildiriblər.
“Burada dayanacağıq, ermənilərin buradan keçməsinə icazə verməyəcəyik. Azərbaycanın yeraltı qaynaqlarının, təbii sərvətlərinin talanmasına, tarixi əsərlərinin qaçırılmasına icazə verməyəcəyik. On gün də olsa, yüz gün də olsa, burada dayanaraq gözləyəcəyik. Volkov gəlib cavab verəcək”, – Türkiyə vətəndaşı deyib.
Ətraflı videoda: