Cəmiyyət 

Səninləyik Şuşam…

Azərbaycanın mədəniyyətpaytaxtı olan Şuşanın sadəcə qədim tarixi, zəngin mədəniyyəti, strateji əhəmiyyəti,mənəvi önəmi ilə deyil, həm də öz təbiəti, qeyri-adi gözəlliyi ilə də ölkəmizinən dilbər guşələrindən biri olduğu hər birimizə məlumdur. Hər zaman öz yaşıllığı, gözəlliyi ilə diqqət çəkən Şuşa suyu, havası, ekoloji təmizliyi, təbii gözəlliyiilə insan ruhunu sözün həqiqi mənasında ovsunlayır, onun qəlbini və düşüncəsinifəth edir. Burada təbiətin gözəlliyi, onun harmoniyası özünü elə parlaqboyalarla büruzə verir ki, bu ilahi cazibənin təsir dairəsindən çıxmaq, mümkün olmur.Bəlkə elə buna görədirki, ömründə bir dəfə belə olsun Şuşaya səfər edən insan artıq heç vaxt onu, bu “yaşıl şəhər”in füsunkar təbiətini unuda bilmir. Şuşa bu insanların qəlbində və düşüncəsində özünə əbədi yer edir. Həmişə kitablardan oxuduğum,şəkillərdə gördüyüm Şuşanı 13 dekabr 2022-ci il tarixində görmək mənə də nəsib oldu.

Ermənistan 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə şəhər və kəndləri xarabalığa çevirməklə, maddi-mədəniyyət abidələri yer üzündən silməklə, təhqir etməklə bərabər, həm də yeraltı-yerüstü sərvətlərimizi,mineral su mənbələrini, meşə fondunu (246,217 hektar meşə sahəsi), 152 dövlət təbiət abidəsini, 5 ədəd geoloji obyekti və 155 növ faydalı qazıntı yatağını talayıb.Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir təbiət incisidir. Ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtı ilə təbiət möcüzəsini xatırladırdı. Ermənilər işğal dövründə buranı da talayaraq məhv ediblər. Bu gün qədim Şuşa, Topxana meşəsində ağacəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyruş, saqqız ağacı, qarağac əkilib və əraziyə 100 kiloqram palıd toxumu səpilib.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir sıra göllər–Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Tərtər rayon ərazisində (Tərtərin qolu olan Torağayçay) şirin su ehtiyatları da böyük antropogen təsirə məruz qalıb.Ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü 125 metr olan Sərsəng su anbarı Tərtər çayı üzərində 1976-cı ildə inşa edilərək işğala qədər 79 min hektar əkin sahəsini suvarmağa imkan verirdi. Bu su anbarının taleyi daim təhlükə altında olub. Onun iş rejimini mütəmadi dəyişdirən işğalçı yay aylarında suyun verilməsini, demək olar ki, dayandırıb, qış aylarında isə əksinə, buraxıb. Nəticədə yeddi rayonun təsərrüfatına ciddi ziyan dəyib.İşğaldakı ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalıb. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Azərbaycan ictimaiyyəti Laçın yolunda etiraz aksiyaları keçirməklə suveren ərazilərimizdə fəaliyyət göstərən separatçı cinayətkarlara qarşı sərt və barışmaz mövqe nümayiş etdirir. Bu etirazlar həm beynəlxalq dairələrə, həm də Qarabağdakı pozucu, talançı qüvvələrə ciddi mesajdır.

Azərbaycan ərazilərində ekoloji terror törədilməsi, təbii ehtiyatlarımızın ermənilər və havadarları tərəfindən talan edilməsi dərhal dayandırmalıdır.Ermənistan 30 illik işğal dövründə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar edib. Bu talançılıq hazırda da davam edir. Rusiyalı sülhməramlıların bu əməllərə göz yumması təəssüf doğurur. Bu durum Azərbaycan xalqı tərəfindən haqqlı olaraq hiddətlə qarşılanır və böyük etirazlara səbəb olur. Son bir neçə gündə Laçın dəhlizinin Şuşa ərazisindən keçən hissəsində baş tutan dinc etiraz aksiyası bunun əyani sübutudur. Azərbaycan ictimaiyyətinin nümayəndələri bu etirazla bir daha dünyanın diqqətini Qarabağa yönəldir, ölkəmizə haqq-ədalət tələb edir.

Bu haqlı mübarizəmizdə yüzlərlə gənclə bərabər mənim də iştirak etməyim, vətənimin hər bir qarışı üçün mübarizə apara bildiyim üçün qürurluyam. Bizlərə bu şəraiti yaratdiği üçün AKTİ-yə minnətdaram.Tarixi torpaqlarimizin geri qayitmasinda əvəzsiz rolu olan Azərbaycan Respublikasının Prezidenti və Ali Baş komandanıCənab İlham Əliyev olmaqla, ordumuzun bütün üzvlərinə təşəkkür edir,şəhidlərimizə Allahdan rəhmət, qaziləriməzə can sağlığı diləyirəm.

 

Səma Vahabzadə,

ADU-nun III kurs tələbəsi, gənc könüllü

,,Aran Media Group” un könüllüsü

Daha çox xəbərlər