Cəmiyyət 

Bakı aeroportu Yeni il ab-havası bəxş edir – FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu səyahətə yollanan sərnişinlər üçün bayram əhval-ruhiyyəsi yaradıb.

ARANTV.AZ  xəbər verir ki, hava limanının vağzalyanı meydanında, 5 ulduzlu “Skytrax” stendinin yanında sərnişinlər işıqlarla bəzədilmiş bir neçə qeyri-adi konus formalı küknar ağacı fiqurları görə bilərlər.

Bakı hava limanındakı bayram bəzəyi həmçinin terminallarda yerləşən bir neçə küknar ağacları və bəzədilmiş qeydiyyat masaları ilə tamamlanır.

 

Daha çox xəbərlər