Yoxluğunda varlığı aranan şəhidim!
Hünəri ilə zəfərə yol açan Toğrul Məmmədovun qəhrəmanlıqlarla dolu şəhadət yolu
Vətən sevgisi idi onları müqəddəs savaşa aparan. Onların heyrətamiz cəsarəti, igidliyi qarşısındadüşmən ordusu yalnız və yalnız qaçmaq, sağ qalmaq mücadiləsi aparırdı. Hər gün, hər saat, hər dəqiqə vətənin bu igid övladları yeni qəhrəmanllq salnaməsi yazır, yeni qalalar fəth edirdilər. Və nəhayət and içib ölüm-dirim savaşına qatılan vətən oğulları öz qanları ilə böyük zəfərə imzalarını atdılar. İndi onların müqəddəs ruhları, bir mahnıda olduğu kimi Vətən göylərində azad gəzirlər. Minlərlə şəhidlərimizAzərbaycanın suverenliyini təmin edib, xalqımızın torpaq nisgilinə son qoydular. Kiçikdən böyüyədək bizlər də məsuliyyətimizi aydın dərk etməli, igid oğullarımızın uğrunda canlarını fəda etdikləri müqəddəs vətənimizi göz bəbəyimiz kimi qorumalı, hər daim ayıq-sayıq olmalıyıq.
Ölkəmizin hər yerində şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilir, xatırlanır. Paytaxtın ən uca zirvəsində yaradılan Şəhidlər xiyabanı xalqımızın and, ziyarət yerinə çevrilib.
Barəsində söhbət açacağımız, qəhramanlığı dastanlara sığmayan şəhid övladımızKapitan Toğrul Səyyad oğlu Məmmədov 2016-cı ilin iyulun 14-dətəmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Toğrul Məmmədov 1988-ci ilin 26 iyun tarixində Babək rayonunun Şıxmahmud kəndində anadan olub.Orta təhsilini Şıxmahmud kənd tam orta məktəbində alıb, 2002-ci ildən Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmiş və 2005-ci ildə buradan məzun olmuşdur.2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2009-cu ildə leytenant hərbi rütbəsi almışdır.Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində 1 illik ixtisasartırma kursu keçmişdir.
Bu günlərdə şəhidimizin qəhramanlıqlarının təsdiqi olaraq ona həsr edilmiş kitabın təqdimat mərasimikeçirilib. Öncə «AranMedia»QROUP olaraq bizi belə bir mötəbər tədbirə dəvət etdiklərinə görə«VətənFədailəri»layihəsinin rəhbəri Manya Səxavətqızınavə layihənin dəstəkçisi Şahin Məmmədova dərin təşəkkürümüzü bildiririk.14 iyul 2016-cı ildə Ağdamın Baş Qərvənd kəndində düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Məmmədov Toğrul Səyyad oğlunun şərəfli ömür yolundan və örnək götürüləcək döyüş yolundan bəhs edilən “QEYRƏT TƏCƏSSÜMÜ” adlı kitabın təqdimatı böyük oxucu kütləsinin iştirakı ilə baş tutub. Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən tədbir Toğrul Məmmədovun bir zamanlar hərbi təhsil aldığı Azərbaycan Ali Hərbi Məktəbində keçirilib. Tədbirdə Şəhid ailələri, Azərbaycan Ordusunun yüksək rütbəli hərbçiləri, general-mayor Anar Kərimov, general-mayor Qulu Məhərrəmli, Azərbaycan Ali Hərbi Məktəbin rəisi general-mayor Füzuli Salahov,zabit və kursant heyəti, qazilər, hərbçilər, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, İcra nümayəndələri, incəsənət xadimləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə QEYRƏT TƏCƏSSÜMÜ” kitabında yer alan “QİSASIM ALINDI” adlı şeirə Fərid Kərimlinin bəstələdiyi həzin nəğmə izləyicilərə duyğulu anlar yaşadıb.
Xatırladaq ki, şəhid Toğrul Məmmədovun hərbi xidmətdə göstərdiyi qəhrəmanlıqlar Azərbaycan Dövləti tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif zamanlarda «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» və “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif olunub. Kapitan Toğrul Səyyad oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Şeyda Əzizova
«AranMedia» QROUP-un direktoru


