Gündəm 

Azərbaycan etibarlı tərəfdaşdır

Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Avropanın enerji siyasətində ən mühüm məsələ etibarlı tərəfdaşın olmasıdır. Hazırda Avropanın etibar etdiyi və enerji böhranında Azərbaycana verdiyi dəyər həyata keçirilən uğurlu siyasətlə bağlıdır. Müstəqilliyimizin ilk illərində Ümumimilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra beynəlxalq lahiyələrin reallaşması əhəmiyyətli addımlardı.

Dekabrın 17-də Buxaristdə,Azərbaycan,Gürcüstan,Ruminya və Macarıstan Hökümətləri arasında enerji inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş”in imzalanması bunu bir daha təsdiq edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol artıq bütün dünyaya bəllidir.Həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş olduğunu ortaya qoyur. Azərbaycanın 2030;sosial–iqtisadi inkişafına dair enerji istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb.Hədəf enerjinin payını indiki 17,3 faizdən ; 2030-cu ildə 30 faizə çatdırmaqdır.Artıq bu siyasətdə inamlı addımlar atılır.Prezidentimiz cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin-10 min kvadratkilometr ərazini yaşıl enerji zonası elan edib.Burada artıq bir neçə su elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb.Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var.Həmin bölgələrin potensial imkanı böyükdür.BP şirkəti ilə gücü 200 meqavatdan çox olan günəş-elektrik stansiyasının inkişafı ilə bağlı danışıqlar gedir və onların uğurlu nəticələnəcəyinə şübhə yoxdur.

Bu bölgəyə digər böyük şirkətlər maraq göstərirlər. 2050 ci ilə kimi dünyada istehsal edilən enerjinin üçdə ikisi bərpaolunan enerji hesabına alınacaq. Azərbaycanın bu prossesdən kənarda qalması mümkün deyil.Yaşıl enerjiyə keçid ölkəmizdə iqtisadi inkişafa və iqtisadi sabitliyə impuls verə bilər.Çünki bu keçid tam yeni texnologiyaların inkişafını nəzərdə tutmaqla əlaqəli sahələrin formalaşması deməkdir. Azərbaycan bərpa olunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli,günəşli olması,bnolsulu çaylarımızın çoxluğu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Dövlətimizin başçısının dediyi kimi Azərbaycanda mövcud olan sabitlik,iqtisadi inkişaf,qonşu ölkələrlə münasibətlərimiz ölkəmiz üçün unikal imkanlar yaradır.Bu da Azərbaycana nəinki xam neft ,təbii qaz,eyni zamanda elektrik enerjisinin həm istehsalçısı və ixtiraçısına çevirməyə imkan verəcək.

Nabat Rəfiyeva,
Bakı şəhəri, 316 saylı körpələr evi-uşaq bağçasının müdiri

Daha çox xəbərlər