Cəmiyyət 

Mahmudzadə Elvin: “Ölkədə zəlzələ olsa,binaların çoxu tab gətirmiyəcək”

Artıq bəzi insanlar arasında da qorxu yaranıb ki,ölkədə zəlzələ olsa,binalar tab gətirməyəcək.Türkiyədə baş verən zəlzələ hər birimizi kədərləndirdiyi kimi,həm də düşündürür.Azərbaycan ciddi zəlzələlərə hazırdırmı?Təbii ki,istənilən fəlakətdən tam qorunmaq mümkün deyil.Lakin təbii fəlakətlərdən mümkün qədər az zərərlə çıxmaq mümkündür.Ölkəmizdə yeni inşa olunan binaların keyfiyyətinə,zəlzələyə,davamlılığına şübhələr var.
Əhali arasında çoxmərtəbəli binalarla bağlı narahatlıq anlaşılandır.Çünki binaların tikilməsində istifadə edilən tikinti materiallarının keyfiyyəti də şübhə altındadır.Tikinti zamanı tikilən mərtəbənin keyfiyyəti yoxlanılması,növbəti mərtəbənin tikintisinə icazə verilməsi şübhə altındadı.Bir-birinə yaxın inşa olunan binalara nəzarətin olmaması təbii ki,narahatçılıq yaradacaq.Ümumiyyətlə hündürmərtəbəli binaların çox yaxın tikilməsi təkcə zəlzələ yox,yanğın təhlükəsizliyi baxımından da təhlükəlidir.
Türkiyədə baş vermiş zəlzələ zamanı yeni binaların çökməsi narahatlıq yaratsa da,həmin ərazidə bəzi binaların salamat qalması əsas məsələnin keyfiyyətlə bağlı olduğunu bir daha göstərir.Dağılan binalara diqqətlə baxsaq,Türkiyədə inşa olunan binalarda kifayyət qədər beton və armaturdan istifadə olunmadığını görərik.Ən narahat olunası məqam xüsusilə paytaxt Bakıda qəzalı,köhnə binaların olmasıdır.Bütün hallarda köhnə çoxmənzilli binaların əksəriyyəti Türkiyədəki kimi zəlzələyə davamlı və dayanıqlı deyil.Bu binaların əksəriyyəti beton panel konstruksiyalardan ibarətdir və bir çoxunun zirzəmilərinə uzun illərdir su yığılıb ki,həmin binaların dayanıqlığı xeyli zəifləyib.Həmin binalarla bağlı narahatlıqlar var.Bu narahatlıqlar həmin binalar tam sökülüb başa çatdırılmayana qədər davam edəcək.Həmin binaların hansısa formada bərkidilməsi,üzlənilməsi bu binaların fiziki ömrünü o qədər də uzatmır.

ARANTV.AZ

Daha çox xəbərlər