Hadisə 

Əsən güclü külək ağacı aşırdı — Maşın əzildi (FOTO)

Bakıda güclü külək bu gecə də fəsad törədib.

ARANTV.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saatlarında Xəqani 35 ünvanında ağac küləyin təsirindən aşaraq yolun kənarında dayanmış avtomobilin üzərinə düşüb. Nəticədə “Mercedes” markalı 90 XT 850 nömrəli maşın zədələnib.

Xəsarət alan olmayıb.

Aşan ağac isə yolu kəsərək hərəkəti dayandırıb. Bu gün səhər saatlarında meriyanın Yaşıllaşdırma İdarəsinin əməkdaşları ağacı yük maşınına yükləyərək ərazidən aparıblar.

Daha çox xəbərlər

Leave a Comment