Gündəm 

Azərbaycan daim qardaş Türkiyə dövlətinin yanındadır

Türkiyə-Azərbaycan qardaşlığı daima inkişafdadır.  Ümumiyyətlə Türkiyə-Azərbaycan qardaşlığı nəticəsində hər iki ölkə arasında ilbəil iqtisadi əməkdaşlıq da artır. Bütün bunlar ulu öndər Heydər Əliyevin dediyi ifadəni bir daha təsdiq edir. “Biz bir millət, iki dövlətik.” Ölkələr arasında əməkdaşlığın dərinləşməsi istər iqtisadi, istər siyasi, istər hərbi sahələrdə inkişaf qardaş ölkələrin dostluğunu bir daha möhkəmləndirir. Bütün bunlarla yanaşı amansız təbii fəlakət iki qardaş dövlətlər arasındakı münasibəti bir daha yaxınlaşırdı. Belə ki, 2023-cü il fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal gücündə zəlzələ baş verib. Daha sonra saat 13:24-də Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ, fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.  Episentri Kahramanmaraş şəhərində yerləşən zəlzələ isə 7,4 bal gücündə olub. 10-dan çox vilayətdə dağıntılar yaradan təbii fəlakət nəticəsində 32 minə yaxın insan həlak olub, 68 min vətəndaş xəsarət alıb. Dağıdıcı zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla ümumilikdə 42 afterşok baş verib.

Fevralın 6-da baş verən amansız zəlzələ nəticəsində Türkiyənin vilayətlərində dağıntılar gündən-günə genişlənir. Bunun nəticəsində günahsız 10 minlərlə insan ölüb, yaralanıb, itkin düşüb.

Bu çətinlikləri Türkiyə dövləti sinə gərərək aradan qaldırır, qardaş Azərbaycan xalqı daim Türk dövlətinin yanındadır. Belə ki, təbii fəlakət başlanan andan Azərbaycan xalqı öz dostluq, qardaşlıq ənənələrini davam etdirərək dövlət səviyyəsində bütün regionlardan eyni zamanda ayrı-ayrı təşkilatlar və vətəndaşlar tərəfindən maddi yardımlar edilir. O cümlədən Xətai rayon əhalisi, fəaliyyətdə olan təşkilatları, ümumtəhsil məktəbləri, xüsusilə Humanitar fənlər təmayüllü məktəb-lisey müntəzəm olaraq maddi yardımlar edirlər. Ümumiyyətlə bütün bunlar göstərir ki, çətinliklərə baxmayaraq qardaş dövlətlər arasında münasibətlər dərinləşir, genişlənir və inkişaf edir. Əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.

Nəcimə Hacıyeva,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 39” ünvanı üzrə ərazi  partiya təşkilatının üzvü

Daha çox xəbərlər