Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə biri-birinin yanındadırlar
Bir millət, iki dövlət olaraq xarakterizə edilən Azərbaycan-Türkiyə dövlətlərinin qarşılıqlı münasibətləri daim möhkəmlənməyə davam edir.
Eyni dinə, dilə, mədəniyyətə malik olan bu iki dövlət hər sevincli və kədərli günlərində bir-birlərinin yanında olub və bugün də olmağa davam edirlər.
Azərbaycan və Türkiyə dövlətlərinin arasındakı əlaqələrin böyük tarixi var. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirib və dəfələrlə Türkiyədə rəsmi və işgüzar səfərlərdə olub.
Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Türkiyə daim öz qardaşlığını göstərmiş və hər zaman bizə dəstək olmuşdur. Beynəlxalq səviyyədə nə qədər təzyiqlərə məruz qalsa da, Türkiyə dövləti qardaşlıq dəstəyindən heç vaxt geri çəkilmədi.
2023-cü il, 6 fevral tarixində Türkiyədə Gaziantep-Kahramanmaraş bölgələrində şiddətli zəlzələ baş verdi. Bu zəlzələ nəticəsində 31974 nəfər ölü,80278 nəfər yaralı olduğu bildirilir. 7.8 bal gücündə olan zəlzələdə 41791 bina zədələnmiş və yaşamağa yararsız hala düşmüşdür.
Qardaş ölkəmizin bu çətin günlərində dünyanın müxtəlif yerlərindən Türkiyəyə yardımlar edilir. Təbii ki də Azərbaycan da öz yardımlarını etməyə davam edir. Faciə baş verdiyi gündən bu günə qədər Azərbaycan FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. İnsan dəstəyindən əlavə xilasetmə işlərində istifadə olunan ləvazimatlar, dərman preparatları, tibbi avadanlıqlar, çadırlar habelə zərərçəkmiş əhali üçün də humanitar yardımlar edilməyə davam edir.
Həmçinin Azərbaycan xalqı da zəlzələnin üçüncü günündən yardım toplama məntəqələrinə axın edir. Hazırda humanitar yardımlar 2 məkanda- Heydər Əliyev adına İdman Kompleksində və Əl Oyunları sarayında toplanılır və yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra tırlara yüklənərək qardaş ölkəyə yola salınır.
Yuxarıda da dediyim kimi Azərbaycan-Türkiyə bir birinin həm sevincli, həm də kədərli günlərində daim bir-birinin yanında olmağa davam edir.
Bütün bu yardımlar bir daha göstərir ki Türkiyə-Azərbaycan “bir millət, iki dövlətdir”. Sevinciniz sevincimiz,kədəriniz kədərimizdir.
Arzu Sultanova,
YAP Xətai rayon təşkilatının “Araz Novruzov 31” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

