Siyasət 

Azərbaycan Televiziyasının canlı efirində Ulu öndərin həyat yolundan söhbət açılacaq

ARANTV.AZ xəbər verir ki, Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda böyük ruh yüksəkliyi, sevgi ilə qeyd olunur.

Bu gün saat 15:30-da Rövşən Məmmədovun təqdimatında efirə gedəcək “Rakurs” verilişinin qonağı Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və partiyanın icra katibi Əli Əhmədov Ümummilli liderin həyat və siyasi fəaliyyətindən, Azərbaycanın dövlətçilik tarixində tutduğu önəmli yerdən söhbət açacaq.

Eyni zamanda verilişdə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda sürətli iqtisadi-sosial tərəqqidən, ulu öndərin rəhbərliyi dövründə respublikamızın müasir inkişafı üçün atdığı mühüm addımlardan, eyni zamanda Azərbaycanın regionda lider dövlətə çevrilməsindən bəhs olunacaq.

Daha çox xəbərlər