Türkmənbaşı baş nazirin müavinini cəzalandırdı
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov baş nazirin müavini Bahargül Abdıyevaya töhmət verib.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bu haqda “Neytral Türkmənistan” məlumat yayıb.
Töhmət Abdıyevanın bir sıra məmurlarına işinə lazımi səviyyədə nəzarət etməməsi ilə əlaqədar verilib. Abdıyeva mədəniyyət və KİV-lə bağlı məsələlərə nəzarət edir.
Məlumata görə, qeyd olunan sahələrdə nizam-intizam səviyyəsinin aşağı düşməsi Berdiməhəmmədovun diqqətindən yayınmayıb.
Bu arada Dövlət nəşriyyat xidmətinin rəhbəri Akmurat Xudayberdiyevə isə sonuncu dəfə xəbərdar edilməklə şiddətli töhmət verilib.

