Ağdamlıların xəyal etdiyi şəxsiyyət Ağdam rayonuna rəhbərlik edir.
Əziz oxucular bu günlərdə yolumuz Ağdam rayonuna düşmüşdür. Rayonda olarkən məcburi köçkünlər üçün tikilmiş Yeni İmamqulubəyli qəsəbəsində olduq. Qəsəbədə sakinlərlə apardığımız söhbətlərdə hər kəs rayona yeni təyin olunan İcra hakimiyyətinin Başçısı hörmətli Vaqif Həsənovun gördüyü işlərdən danışır, çox razılıq edirdilər. Bizdə qəsəbənin İcra nümayəndəliyinə yollandıq. İcra nümayəndəsinin Xətayi Abdullıayev olduğunu bildirdilər. Ancaq İcra nümayəndəsi Xətayi Abdullayev iş yerində yox idi. Telefon əlaqəsi saxladıq tədbirdə olduğunu bildirdi. Xətayi müəllim gəldikdə onunla söhbət apardıq.
Xətayi müəllimə bildirdim ki, biz bir belə rayonlarda oluruq hələ heç bir rayonda İcra Hakimiyyətinin Başçısını bu qədər sevildiyini görməmişik. Bunun sirri nədərdir.
Xətayi müəllim bildird ki, mən bu suala İcra nümayəndəsi kimi cavab verə bilmərəm bu mənim səlahiyyətimdə deyil. Amma rayon sakini olaraq cavab verə bilərəm.
Xətayi müəllim bildirdi ki, cənab Başçımız rayonda fəaliyyətə başladığı ilk gündən qanunun aliliyini rəhbər tutaraq bütün gününü xalqa xidmətə həsr edib. Bildirdi ki, cənab Başçımız hər həftə rayon İcra Hakimiyyətində vətəndaşları qəbul edir, onların problemlərinin həlli istiqamətində çox qətiyyətli fəaliyyət aparır. Eyni zamanda kənd və qəsəbələrə gedərək vətəndaşları qəbul edir problemlərin yerində öyrənilməsinə üstünlük verir, və həlli mümkün olan bütün məsələlər yerindəcə həll olunur.
Xətayi müəllim bzimlə söhbəti zamanı bildirdi ki, cənab Başçımız rayonumuza tıəyinatı ilə Ağdamda rüşvət məsələsinə son qoyuldu. Bütün istiqamətlərdə şəffaflıq, haqq ədalət təmin olundu. Cənab Prezidentimizin Sərəncamı ilə təmas xəttində düşmənin atdığı atəşdən zərər çəkmiş evlərin bərpası ilə bağlı vəsait ayrılmışdır. Bu məsələdə o qədər şəfaflıq oldu ki, hələ bu günə qədər belə hadisə olmamışdır. Və ən əsasıda bərpa olunan bütün evlər tam yüksək səviyyədə, müasir tikinti qaydaları tətbiq olunaraq bərpa olunur.
Ağdam rayonu bildiyiniz kimi aqrar rayondur və rayonda kənd təsərrüfatının inkişafı üçün subartezan quyuları qazıldı. Bütün rayonlarda bu məsələ yerinə yetirilərkən neqativ hallar hər zaman olmuşdur. Yeganə Ağdam rayonudur ki, cənab Başçımızın xüsusi nəzarətində tam şəffaflıqla yerinə yetirildi və bütün sakinlər bu günə qədər görmədikləri haqq ədaləti gördüləür.
Ağdamda bir qrup insanlar yüz hektarlarla torpaq sahələrini zəpt ediblər ancaq kasıb insanlarda bir hektar torpaq sahəsi belə yoxdur. Cənab Başçımız bu məsələdə haqq ədaləti bərpa etdi.
Bilirsiniz Ağdam rayonunda pulnan vəzifəyə təyin olunmaq söhbəti artıq tarixdə qalıb. Cənab Başçımız kadr islahatlarında gənclərə daha çox yer virir və haqqlı kadr siyasəti aparır.
Rayonun Xındırıstan kəndində qədim tarixə malik olan Xındırıstan məsçidində əsaslı təmir və yenidənqurma işləri aparılır. Xındırıstan kəndində park tikilir, yol infrastrukturu yaxşılaşdırılır. İmamqulubəyli qəsəbəsində tibb məntəqəsi tikilib istifadəyə verilib. Quzanlı qəsəbəsində qəsəbənin daxili yollarında asfalt yol örtüyü çəkilib. Kolqışlaq-Mirəşəlli-Əhmədağalı-Çıraqlı kənd yolu yenidən tikilmiş müasir standartlara uyğun olaraq çəkilmişdir.
Xətayi müəllim bildirdi ki, Ağdam rayonunda ən böyük işlərdən biridə cənab Başçımız kənd yollarını və qəsəbə yollarını təmir etdirir. Bu günə qədər rayonda olmayan sərnişindaşıma işini təşkil etmişdir ki, indi bütün kəndlərə marşurutlar işləyir. Sakinlər isdər kəndlər arası, isdər rayonlar arası marşurutlar ilə rahat şəkildə istədikləri ünvana gedə bilirlər.
Cənab başçımız bu il kəndlərdə olarkən kənd məktəblərinin və uşaq bağçalarının odun yanacağı ilə qızdırıldığını gördü və bildirdi ki, növbəti ildə bütün məktəb, bütün bağça istilik sitemi ilə təchiz olunacaq, ağdamlı şagirdlər hər birisi yüksək şəraiti olan məktəblərdə təhsil alacaqlar. Hal-hazırda bu istiqamətlərdə işlər aparılır.
Bildirdi ki, yuxarıda sadaladığım bütün bu yadıma düşən işlər hər birisi sakinlərin yaşayışının yaxşılaşdırılmasına və yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ona görədə cənab Başçımız Vaqif Həsənov bütün rayon sakinlərinin sevimlisinə çevrilməklə yanaşı digər rayonlara örnək olmuşdur.
Cənab başçımız vətənpərvərliyin yüksəldilməsinə və milli dəyərlərimizin qorunmasına böyük diqqət ayırır. Bilirsiniz biz müharibə şəraitindəyik. Azərbaycan sakinlərinin hər birisində və əsasəndə böyüyən gənc nəsildə vətənpərvərlik hissinin yüksəldilməsi mütləqdir. Bunun üçün cənab Başçımız xüsusi tapşırıq vermişdir ki, mütəmadi olaraq “Şəhidlər ölməz” adlı sislilə tədbirlər keçirilsin. Həmin tədbirdə iştirak etdikdən sonra mən bu tədbirlərin nə qədər vacib olduğunu anladım. Bu hisləri anlatmaq mümkün deyil. Və təklif etdiki bir zaman həmin tədbirlərin birində bizdə iştirak edək.
Xətayi müəllim söhbətində bildirdi ki, Ağdam başqa rayonlardan fərqlənir. Ağdam işğala məruz qalmış rayondur. Əhali bir neçə rayonda yaşayır. Ancaq buna baxmayaraq cənab başçımız bütün ağdamlıların qayğısına qalır. Bərdə rayon, Zaqatala rayon, və digər rayonlarda məskunlaşmış məcburi köçkünlərlə tez- tez görüşür, Bakı şəhəri, Sumqayıt şəhərində olan məcburi köçkünlərlə tez – tez görüşür onların problemlərinin həllinə kömək olur.
Xətayi müəllimin fərəh hissi ilə bu söhbətində bir sualla müraciət etdim. Xətayi müəllim sakin olaraq belə fərəhlə danışdınız. Bəs bir İcra nümayəndəsi kimi Vaqif Həsənovla işləmək sizin üçün çətin deyilki?
Əslində mənim üçün cənab Başçımızın işçisi olmaq çox şərəf və qürurvericidir. Bu qürurvericilik ondadır ki, cənab Başçımız ölkəmizdə çox az insanlardandır ki, Ulu öndər Heydər Əliyev ideyalarına və bu ideyaları uğurla davam etdirən cənab Prezidentimizə çox sadiqdir. Bütün fəaliyyətində cənab Prezidentimizin tövsiyyəsinə və tapşırıqlarına sədaqət nümayiş etdirir. Bunun nəticəsidir ki, bütün rayon sakinləri hər zaman Cənab Prezidentimizə dua edir ki, belə gözəl şəxsiyyəti Ağdam rayon İcra Hakimiyyətinə Başçı vəzifəsinə təyin edib.
Cənab Başçımızın bizim üzərində bir tələbkarlığı var. Əsas tələbkarlıq ondadır ki, biz sakinlərə yüksək səviyyədə xidmət göstərək. Ancaq hörmətli Başçımızla işləməyin asanlığı odur ki, O bizə səfsiz işləməyi öyrədir. Həmişə sakinlərin problemlərini cənab başçıya çatdırılmasını bizdən tələb edir. Gördüyünüz kimi gözəl qəsəbə tikilib istifadəyə verilib. Ancaq neçə illərdir ki, bu qəsəbə də mobil telefon əlaqələri saxlamaq mümkün deyildi. Dəfələrlə müraciət etmişdik ancaq bu problem öz həllini tapmırdı. Bu barədə cənab Başçımıza müraciət etdim, dərhal tapşırıqlar verdi qısa zamanda qəsəbənin bütün sakinlərini narahat edən bu msələ öz həllini tapdı. Qəsəbəyə yeni marşurutlar açıldı indi sakinlərimiz istənilən yerə rahat gedib gələ bilirlər. Bir sözlə Ağdamlıların xəyal etdiyi bir şəxsiyyət Ağdam rayonuna rəhbərlik edir. Mən isə hər zaman öz işimlə çalışmalıyam ki, cənab Başçımızın bütün tövsiyyə və tapşırıqlarına riayyət edəm, günü – gündən gözəlləşən və günü – gündən problemləri azalan Ağdamda azda olsa pay sahibi olam. İnşallah tezliklə rayonumuz işğaldan azad olunacaq və bütün Ağdamlıların sevimlisi olan cənab Başçımız öz fəaliyyətini böyük Ağdamımızda davam etdirəcək.
Sonda bir sözü deyimki ilk dəfə idi ki həm sakinlər tərəfindən həm işçisi tərəfindən bu qədər sevilən İcra Başçısının olduğunu eşitdik arzu edirik ki, bütün rayon Başçıları Vaqif Həsənov kimi işləsin və xalqın sevimlisinə çevrilsin.
ARANTV.AZ

