Siyasət 

Məhkəmə hakimləri Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyasında iştirak ediblər – FOTO

Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının və Bakı Apellyasiya Məhkəməsinin təşkilatçılığı ilə martın 4-də ulu öndərin yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

“Report”un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada Bakı Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin hakimləri iştirak ediblər.

Aksiyaya fəal qoşulan hakimlər ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə Bakı şəhəri Qaradağ rayonu Dairəvi yolunun kənarında Abşeron yarımadasının iqliminə uyğun olaraq iynəyarpaqlı (sərv) ağaclar əkiblər.

Həmçinin, əkilən ağacların küləkdən qorunması məqsədilə dirəklər basdırılıb, onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Ağacların mühafizəsi və mütəmadi qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.

Xatırladaq ki, ümummilli liderin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən 2023-cü il “Heydər Əliyev İli” elan olunaraq dahi öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.

 

Daha çox xəbərlər