“Qaradağ Şüşə Zavodu”nun səhmləri investisiya müsabiqəsinə çıxarılacaq
“Özəlləşdirmə komissiyası yaradılıb”.
ARANTV.AZ xəbər verir ki, bunu “Qaradağ Şüşə Zavodu” ASC-də mediatur zamanı jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin özəlləşdirmə şöbəsinin rəisi Əziz Mirzəyev deyib.
Onun sözlərinə görə, investisiya müsabiqəsi layihəsi hazırlanır:
“İnvestisiya müsabiqəsinə “Qaradağ Şüşə Zavodu” ASC-nin səhmlərinin 85%-i çıxarılacaq”.
Ə.Mirzəyev sonda qeyd edib ki, müsabiqə bu il oktyabrın 10-da elan ediləcək.

