Hadisə 

14 yaşlı qız vəfat etdi

Göyçay rayonunda 14 yaşlı qız ölüb.

ARANTV.AZ-ın məlumatına görə, rayonun Kürdəmiş kənd sakini, 2009-cu il təvəllüdlü Zahidə Məmmədzadə xəstəxanada vəfat edib.

Yeniyetmə bu il martın 5-də yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib.

O, xəstəxanaya yerləşdirilsə də, ötən gecə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər