Hadisə 

Bakıda gənc qız yataq otağının pəncərəsindən yıxılaraq ölüb

Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, “əlillər binası” kimi tanınan yaşayış kompleksinin sakini, 1999-cu il təvəllüdlü Həbişova Səbinə Rahib qızı yataq otağının pəncərəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gənc qızın ölümünün dəqiq səbəbləri Sabunçu Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.

Daha çox xəbərlər