QORXUNC OLAY! Qarnından 3. 5 kiloqramlıq şiş çıxdı
Türkiyənin Şanlıurfa bölgəsində yaşayan 20 yaşlı M.E qarın ağrısı və şişlik şikayəti ilə xəstəxanaya müraciət edib.
Müayinədən sonra M.E-nin qarnında kütlə olduğu müəyyən edilib. Əməliyyat olunan xəstənin qarnından 25 santimetr uzunluqda, 3 kiloqram 500 qram ağırlıqda kütlə çıxarılıb.
Həkim verdiyi açıqlamada xəstənin 2 aydan bu yana qarın ağrısı və şişlik hissi səbəbilə yemək yeyə bilmədiyini deyib.
Sağlamlığına qovuşan xəstə həkimə və digər xəstəxana işçilərinə təşəkkür edib.

